XİN-dən Vaşinqton görüşü barədə açıqlama 

16:52 08.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

 

Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib.

 

"Ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq. Bir qayda olaraq, görüşün dəqiq tarixlərinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur", - o qeyd edib.

Siyasət rubrikasından digər xəbərlər